Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) layihə şirkəti – ICGB oktyabrdan xəttin mövcud gücləri üzrə hərraclar keçirməyə başlayacaq.
ICGB-dən “Report”a verilən məlumata görə, hərraclar 2022-ci il oktyabrın 1-dən etibarən elan ediləcək.
Komotinidə Trans-Adriatik boru kəməri (TAP) ilə IGB boru kəməri və Stara Zaqorada “Bulqartransqaz” şəbəkəsi ilə IGB boru kəməri arasında hər iki istiqamətdə təbii qaz nəqli üzrə birləşmə nöqtələrilə bağlı bütün müraciətlər PRISMA və RBG platformalarında ENTSOG auksion təqviminə uyğun olaraq qəbul ediləcək.
Bununla maraqlanan şəxslər