IHS Markit: “Bu il dünyada ÜDM-in artımı təxminən 6% olacaq”

IHS Markit: “Bu il dünyada ÜDM-in artımı təxminən 6% olacaq” Dünya iqtisadiyyatının artımı bu il 5,7% -ə çatacaq və 2025 -ci ildə 3% -ə qədər yavaşlaya bilər.
Maliyyə
23 Avqust , 2021 22:49
IHS Markit: “Bu il dünyada ÜDM-in artımı təxminən 6% olacaq”

Dünya iqtisadiyyatının artımı bu il 5,7% -ə çatacaq və 2025 -ci ildə 3% -ə qədər yavaşlaya bilər.

"Report" xəbər verir ki, bu barədə IHS Markit analitik şirkətinin qlobal iqtisadiyyat üzrə icraçı direktoru Sara Consonun proqnozunda deyilir.

Onun sözlərinə görə, 2020-ci ildə 3,4% -lik enişdən sonra, dünya üzrə ÜDM-in 2021-ci ildə 5,7%, 2022-ci ildə 4,5% artacağı gözlənilir:

“Bu da istehlak xərclərində və biznes investisiyalarında əhəmiyyətli bir canlanmaya səbəb olacaq. Artım tədricən yavaşlayacaq və 2025-ci ildə 3% -ə çatacaq. Bununla birlikdə, bu rəqəm 2019-cu ildə, böhran öncəsi qeydə alınan 2,7% artımdan daha yaxşı olacaq”.

Son xəbərlər

Orphus sistemi