İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) eksperti Benedikt Braumanın Maliyyə Proqramlaşdırılması” (FP) mövzusunda keçirdiyi təlimlər başa çatıb.
Bu barədə “Report”a İİTK-dən məlumat verilib.
Həftə boyu davam etmiş təlimdə ÜDM-in gələcək artım tempi, fiskal vəziyyətə təsir edən əsas amillər, monetar sektor və xarici sektorların VAR modelləri (Vector-Auto-Regression) və digər modellər əsasında təhlili və proqnozlaşdırılması aparılıb. Təlimdə qeyri-neft sektoru artıminın təhlili, ÜDM artımının qısa-müddətlli dövr üzrə proqnozlaşdırılması və artıma dair orta müddətli perspektivler tədqiq olunub. Təlimdə, eləcə də monetar ve xarici sektorların təhlili vasitəsilə Mərkəzdəki FP-modelinin xarici ve monetar sektor elementleri işlənməklə strukturu tamamlanıb.