İKZF: MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır

İKZF: MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Maliyyə
13 Avqust , 2021 11:13
İKZF: MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

"Report" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu ilin yanvar-iyul aylarında İKZF-nin müvəkkil bankları 3 445 ailəyə 230,5 milyon manat kredit verilib. Bunun 153,6 milyo manatı adi ipoteka kreditləri (2 040 ədəd), 76,8 milyon manatı isə güzəştli ipoteka kreditləri (1 405 ədəd) olub.

2006-cı ildən bu günə qədər isə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1,882 milyard manatdan çox, bu kreditlər hesabına yaşayış şəratini yaxşılaşdırmış ailələrin sayı isə 35 112 olub. Bu kreditlərin 625 milyon manatdan çox hissəsini (12 150 ədəd) güzəştli kateqoriyalara aid şəxslərə verilmiş kreditlər təşkil edib.

Borcalanların iş yerlərinə görə pay bölgüsünə əsasən, onların 50%-ə qədərini özəl sektorda çalışanlar təşkil edib.

İpoteka kreditlərindən faydalananların 70%-ə yaxını gənclər və gənc ailələrdir.

Ötən müddətdə ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3% təşkil edib.

MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1%, orta faiz 7,4% təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13%-dən başlayır.

Son xəbərlər

Orphus sistemi