İKZF: "Kredit zəmanət mexanizmi çərçivəsində 4 minə yaxın yeni iş yeri açılacaq"

İKZF: "Kredit zəmanət mexanizmi çərçivəsində 4 minə yaxın yeni iş yeri açılacaq" İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət mexanizmi çərçivəsində maliyyələşən sahibkarlıq subyektlərində təxminən 4 minə yaxın yeni iş yerinin açılması planlaşdırılıb.
Maliyyə
14 Aprel , 2022 17:20
İKZF: Kredit zəmanət mexanizmi çərçivəsində 4 minə yaxın yeni iş yeri açılacaq

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) kredit zəmanət mexanizmi çərçivəsində maliyyələşən sahibkarlıq subyektlərində təxminən 4 minə yaxın yeni iş yerinin açılması planlaşdırılıb.

“Report” xəbər verir ki, bunu İKZF-nın Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov deyib.

O bildirib ki, bu prosesə 2018-ci ilin əvvəlindən başlamışıq, ötən dövrdə bu mexanizmə kifayət qədər maraq olub: “Görülmüş işlərin nəticəsində, bu gün çox sayda sahibkarlıq subyektinin maliyyələşməsinə nail olmuşuq. Təxminən 300 milyon manata yaxın vəsait İKZF-nın kredit zəmanət mexanizmi vasitəsi ilə sahibkarlara yönəldilib. Həmin vəsaitlər müxtəlif sahələri əhatə edir.”

Son xəbərlər

Orphus sistemi