İMF: "Azərbaycan iqtisadiyyatına investisiyalar 2023-cü ildən artacaq"

İMF: "Azərbaycan iqtisadiyyatına investisiyalar 2023-cü ildən artacaq" Bu il Azərbaycan iqtisadiyyatına yatırılan ümumi investisiyaların həcmi 2020-ci ilin faktiki göstəricisi ilə müqayisədə 0,2 faiz bəndi azalaraq ümumi daxili məhsulun (ÜDM) 17,2 %-nə enəcək.
Maliyyə
6 Sentyabr , 2021 17:50
İMF: Azərbaycan iqtisadiyyatına investisiyalar 2023-cü ildən artacaq

Bu il Azərbaycan iqtisadiyyatına yatırılan ümumi investisiyaların həcmi 2020-ci ilin faktiki göstəricisi ilə müqayisədə 0,2 faiz bəndi azalaraq ümumi daxili məhsulun (ÜDM) 17,2 %-nə enəcək.

“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) hesabatında deyilir.

Hesabata əsasən, ölkə iqtisadiyyatına yatırılan ümumi investisiyaların həcmi 2022-ci ildə ÜDM-nin 16,8 %-ni (əvvəlki ilin proqnozu ilə müqayisədə 0,4 faiz bəndi az), 2023-cü ildə isə 17,8 %-ni (1,1 faiz bəndi çox) təşkil edəcək.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana investisiya qoyuluşu 12,1 % azalaraq 7 milyard 059,3 milyon manata, ötən ilin sonuna isə 8,3 % azalaraq 17 milyard 028,1 milyon manata çatıb.

Son xəbərlər

Orphus sistemi