Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2,5 % artacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının oktyabr sayında bildirilir.
Sənədə əsasən, bu, Fondun aprel proqnozu ilə müqayisədə 0,5 faiz bəndi azdır.
IMF gələn il və 2028-ci ildə Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını gözləyir ki, bu da, əvvəlki proqnozla müqayisədə 0,1 faiz bəndi azdır.
Azərbaycan hökuməti ÜDM artımını 2023-cü ildə 2,7 %, 2024-cü ildə isə 4,1 % səviyyəsində proqnozlaşdırır.