IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin azaldıb

IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin azaldıb Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətini 19,2 % səviyyəsində olacağını proqnozlaşdırır.
Maliyyə
11 Aprel , 2023 17:57
IMF Azərbaycanın cari hesab balansının profisiti üzrə proqnozunu kəskin azaldıb

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ümumi daxili məhsuluna (ÜDM) nisbətini 19,2 % səviyyəsində olacağını proqnozlaşdırır.

“Report” xəbər verir ki, bu barədə IMF-nin “Dünya iqtisadiyyatının inkişaf perspektivləri” hesabatının aprel sayında bildirilir.

Sənədə əsasən, bu, Fondun ötən ilin oktyabr ayında dərc edilən proqnozla müqayisədə 12,2 faiz bəndi azdır.

IMF gələn il Azərbaycanda cari hesab balansı üzrə profisitinin ÜDM-yə nisbətini 17,4 %, 2028-ci ildə isə 8 % olmasını gözləyir.

2022-ci ildə bu göstərici 30,5 %, 2021-ci ildə isə 15,2 % səviyyəsində olub.

Son xəbərlər

Orphus sistemi