Bu il Qafqaz və Mərkəzi Asiya (CCA) regionu ölkələrinin iqtisadiyyatının 3,7 %, 2022-ci ildə isə 4,1 % böyüyəcəyi proqnozlaşdırılır.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) CCA regionu üçün açıqladığı “Regional Economic Outlook” hesabatının aprel sayında deyilir.
Hesabata görə, adıçəkilən regionun ÜDM-i 2020-ci ildə 1,9 %-i azalıb.
“CCA regionunda 2021-ci il üçün inflyasiya 6,9 %, 2022-ci ildə isə 6,2 % təşkil edəcəyini proqnozlaşdırırıq. Adıçəkilən regionun neft-qaz ixracatçısı olan ölkələrin ÜDM-i bu il 3,7 %, 2022-ci ildə isə 4 % artacaq. Onların qeyri-neft sektoru üzrə ÜDM-i 2021-ci ildə 3,5 %, 2022-ci ildə isə 4 % yüksələcək.
Həmin qrup ölkələrdə istehlakçı qiymətlərinin isə müvafiq olaraq 7,1 % və 6,5 % artacağını düşünürük”, - hesabatda deyilir.
Qeyd edək ki, CCA regionuna Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. CCA regionunun neft ixracatçıları isə Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistandır.