IMF bu ay Azərbaycanda keçirdiyi virtual missiyanın yekunlarını təqdim edib

IMF bu ay Azərbaycanda keçirdiyi virtual missiyanın yekunlarını təqdim edib İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) virtual missiyası ilə görüşüb
Maliyyə
15 Fevral , 2021 10:29
IMF bu ay Azərbaycanda keçirdiyi virtual missiyanın yekunlarını təqdim edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (IMF) virtual missiyası ilə görüşüb.

Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Görüşdə Azərbaycan iqtisadiyyatında inkişaf meylləri, 2021-2022-ci illər və ortamüddətli dövr üzrə perspektivlər, koronavirus (COVİD-19) pandemiyası fonunda iqtisadi risklər və Azərbaycan hökumətinin adekvat cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri pandemiyanın milli iqtisadiyyata, biznes subyektlərinə göstərdiyi təsirlər, Azərbaycan hökumətinin müvafiq dəstək tədbirləri barədə məlumat verib, postpandemiya dövrü və ortamüddətli dövr üçün ölkənin iqtisadi priroritetlərini qeyd edib. O, bildirib ki, dövlət başçısının sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib və Azərbaycan hökuməti öz işini bu sənədin müəyyən etdiyi istiqamətlər üzrə quracaq.

M.Cabbarov Azərbaycanın yeni bir strateji dövrə daxil olduğunu, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, Qarabağ bölgəsinin inkişafına nail olunması, onun iqtisadi imkanlarının reallaşdırılmasının təkcə postpandemiya deyil, həm də postkonflikt dövrünün keyfiyyətcə yeni mərhələsi olduğunu bildirib.

IMF-in Azərbaycan üzrə missiya rəhbəri Natalia Tamirisa Fondun mütəxəssislərinin bu ay keçirdiyi virtual missiyanın yekunları barədə danışıb və bu yekunlara dair məlumatları iqtisadiyyat nazirinə təqdim edib.

Tərəflər missiyanın fəaliyyətinin yekunları, iqtisadiyyatın real sektoru, qeyri-neft sektorunun inkişaf proqnozları, iqtisadi artımı dəstəkləyəcək addımlar, təşəbbüslər, yeni çağırışlara uyğun vergi siyasəti məsələləri, o cümlədən şəffaflığın gücləndirilməsi tədbirləri və s. barədə müzakirələr aparıblar.

Son xəbərlər

Orphus sistemi