IMF: "Bu il Azərbaycanın qeyri-karbohidrogen ÜDM-si 5,5 % artacaq"

IMF: "Bu il Azərbaycanın qeyri-karbohidrogen ÜDM-si 5,5 % artacaq" Beynəlxalq Valyuta Fondu (IMF) I rübdəki güclü artıma əsaslanaraq, Azərbaycanda iqtisadi artımın 2022-ci ildə 3,8 %-ə qədər azalacağını, qeyri-karbohidrogen ÜDM-in isə 5,5 % artacağını proqnozlaşdırır.
Maliyyə
8 İyul , 2022 12:49
IMF: Bu il Azərbaycanın qeyri-karbohidrogen ÜDM-si 5,5 % artacaq

Beynəlxalq Valyuta Fondu (IMF) I rübdəki güclü artıma əsaslanaraq, Azərbaycanda iqtisadi artımın 2022-ci ildə 3,8 %-ə qədər azalacağını, qeyri-karbohidrogen ÜDM-in isə 5,5 % artacağını proqnozlaşdırır.

"Report" xəbər verir ki, bu barədə IMF-in mayın 25-dən iyunun 7-dək Bakıda keçirilmiş IV maddə üzrə məsləhətləşmələrin yekunlarına dair bəyanatında deyilir.

Valyuta Fondu 2023-cü ildə neft və qaz hasilatının tədricən azalması ilə ÜDM artımını ortamüddətli perspektivdə təxminən 2,5 % olacağını proqnozlaşdırır.

"İnflyasiyanın, mərhələli şəkildə azalmazdan əvvəl, yüksək ərzaq və əmtəə qiymətləri və tədarük zəncirindəki pozulmalar kimi xarici amillərin təsiri ilə 2022-ci ildə yüksək səviyyədə qalacağı proqnozlaşdırılır.

İnflyasiyanın 2024-cü ilin sonuna qədər Mərkəzi Bankın hədəf diapazonunun yuxarı həddinə (4±2 faiz) dönəcək və sonra orta səviyyədə qalmasını dəstəklənmək üçün əlavə pul-kredit siyasətinin sərtləşdirilməsi tələb olunacaq", - IMF iqtisadçıları bildirib.

Fond qey edib ki, Azərbaycan 2030-cu ilədək uzunmüddətli inkişaf planı, karbohidrogen ixracından asılılığın azaldılması və daha dayanıqlı və şaxələndirilmiş iqtisadiyyatı təşviqi üçün yol xəritəsini müəyyən edir.

"Xam neft hasilatının davam edən azalma təbii qaz hesabına kompensasiya edilib və alternativ enerji mənbələrinə əhəmiyyətli investisiyalar qoyulur.

Karbohidrogen gəlirlərindən əldə edilən əlavə gözlənilməyən gəlirin bir hissəsi, yaşıl infrastruktur da daxil olmaqla regiondaxili ticarəti dəstəkləmək üçün məhsuldar investisiyalar yatırıla bilər", -Fondun bəyanatında deyilir.

Xatırladaq ki, 2021-ci ildə real ÜDM 5,6 % artıb. Neft-qaz ÜDM-si "OPEC+"ın məhdudiyyətləri yumşaldılması və qaz ixracının artması hesabına 1,8 % artıb.

Qeyri-neft ÜDM-si sosial məhdudiyyətlərin yumşaldılması ilə sənayedə aktivliyin artması ilə 7,2 % artıb.

IMF iqtisadçılarının fikrincə, Ukraynadakı müharibə indiyədək real iqtisadiyyata məhdud təsir göstərib və 2022-ci ilin yanvar-aprel aylarında qeyri-neft artımı yüksək olaraq qalıb.

Son xəbərlər

Orphus sistemi