İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 171 manatdır.
İddiaçılar təkliflərini iyulun 17-nə qədər şirkətin Bakı şəhəri, Heydər Əliyev prospekti, 139A ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyulun 17-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.