İngiltərə Bankı Kral III Çarlzın təsviri olan sikkələrin dizaynını nümayiş etdirib

İngiltərə Bankı Kral III Çarlzın təsviri olan sikkələrin dizaynını nümayiş etdirib İngiltərə Bankı Böyük Britaniyanın yeni kralı III Çarlzın portreti olan sikkələrin, eləcə də illik dəstlərə daxil olan digər sikkələrin dizaynını təqdim edib.
Maliyyə
29 Dekabr , 2022 15:20
İngiltərə Bankı Kral III Çarlzın təsviri olan sikkələrin dizaynını nümayiş etdirib

İngiltərə Bankı Böyük Britaniyanın yeni kralı III Çarlzın portreti olan sikkələrin, eləcə də illik dəstlərə daxil olan digər sikkələrin dizaynını təqdim edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məlumata görə, kralın təsviri 2 və 5 funt-sterlinq, həmçinin 50 pens nominalında olan sikkələrin üzərində əks olunacaq. 5 funt sterlinqlik sikkənin dizaynı noyabrda kralın qarşıdan gələn 75 illik yubileyinə həsr olunub. Sikkənin üzərində kralın təbiətə sevgisini simvolizə edən palıd yarpaqları və delfinium çiçəkləri də nümayiş etdiriləcək.

“Onun portreti olan hər bir sikkə hazırlandığı metaldan tutmuş hazır parçanın dizaynına və emalına sərf olunan iş saatlarına qədər yüksək keyfiyyəti ilə fərqlənir”, - Kral Sikkəxanasının icraçı direktoru Enn Cessopp bildirib.

Sikkələri gələn il yanvarın 3-dən Kral Sikkəxanasının saytından əldə etmək olar. Yeni əşyaların qiymətlərinin 50 funt sterlinqdən başlayacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi