İngiltərə Bankı uçot dərəcəsini 0,1 % səviyyəsində saxlayıb

İngiltərə Bankı uçot dərəcəsini 0,1 % səviyyəsində saxlayıb Uçot dərəcəsi 2020-ci il martın 19-dan bəri 0,1 % səviyyəsindədir
Maliyyə
18 Mart , 2021 18:10
İngiltərə Bankı uçot dərəcəsini 0,1 % səviyyəsində saxlayıb

İngiltərə Bankı cümə axşamı keçirilən iclasda baza faiz dərəcəsini 0,1 % səviyyəsində saxlayıb.

“Report” xəbər verir ki, bu barədə tənzimləyicinin press-relizində deyilir.

Bank həmçinin bazardan səhm alışları həcmini 895 milyard funt sterlinq səviyyəsində saxlayıb. Dövlət istiqrazlarının geri alınması 875 milyard, korporativ istiqrazlarının geri alınması həcmi isə 20 milyard funt sterlinq səviyyəsində təsdiq edilib.

Qeyd edək ki, uçot dərəcəsi 2020-ci il martın 19-dan bəri 0,1 % səviyyəsindədir. O zaman tənzimləyici iki dəfə növbədənkənar iclas keçirmiş və dərəcəni əvvəlcə 50 faiz bəndi endirərək 0,25 %-ə, daha sonra isə 15 faiz bəndi endirirək 0,1 %-ə salmışdı.

Son xəbərlər

Orphus sistemi