Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə məxsus “İnnovasiyalar Mərkəzi” MMC 2021-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartları uyğun auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini martın 29-u, saat 17:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Sorğunun nəticəsi martın 30-da, saat 11:00-da Portalda açıqlanacaq.