“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfə artıb

“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfə artıb Şirkətin aktivləri 1 il əvvələ nisbətən 2,7 % azalıb
Maliyyə
6 May , 2021 10:55
“İnvest-AZ İnvestisiya Şirkəti”nin xalis mənfəəti 2 dəfə artıb

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC 2020-ci ili 1,135 milyon manat xalis mənfəətlə başa vurub.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 2 dəfə çoxdur.

Ötən il “İnvest-AZ İnvestisiya Şirkəti”nin vergiyəqədərki mənfəəti 1,455 milyon manat (əvvəlki illə müqayisədə 92,5 % çox), mənfəət vergisi ödəmələri isə 320 min manat (60,8 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İnvest-AZ İnvestisiya Şirkəti”nin aktivləri 11,457 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,7 % azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 16,2 % azalaraq 7,511 milyon manata, balans kapitalı isə 40,4 % artaraq 3,946 milyon manata çatıb.

Xatırladaq ki, “Invest-AZ” 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,255 milyon manatdır. Şirkətin səhmlərinin 73,98 %-i Elşən Quliyevə, 26,02 %-i isə Ceyhun Abdullayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi