"InvestAZ İnvestisiya Şirkəti"nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Almaniya iqtisadiyyatına dair fundamental göstəricilərin mənfi açıqlanması, Amerika fonunda nikbinliyin artması, EUR/USD məzənnəsinin yenidən təzyiq altında qalaraq, 1,21 ABŞ dolları altında ticarət edilməsinə səbəb olub. 1,20 ABŞ dolların qırılması ilə ucuzlaşma 1,18 ABŞ dollara kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı dərc ediləcək statistik göstəricilər də önəmli rol oynayacaqdır.
GBP
Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Bankının faiz qərarı öncəsi GBPUSD məzənnəsi də ucuzlaşır. Növbəti qırılması vacib dəstək səviyyəsi 1,38 ABŞ dollarıdır və bunun baş verməsi ilə platformalarda 1,37 ABŞ dollara ticarət edildiyi müşahidə oluna bilər.
TRY
Cümə axşamı TCMB də faiz qərarını açıqlayacaq. Proqnozlar dəyişikliyin olmayacağı istiqamətindədir. Bu, lirənin yenidən 8,48 lirəyə kimi ucuzlaşmasına səbəb ola bilər.
Bazar ertəsi saat 11:00-da yayımlanacaq məlumatlarda da inflyasiyanın 17,3 %-ə kimi artmacağı ehtimal edilir.
OIL.
Foreks bazarlarında dolların dəyər qazanması, Brent neftinin 66 ABŞ dollarına kimi korreksiyasına səbəb olub və proses 64 ABŞ dollara kimi dərinləşə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında isə 1 764 ABŞ dolların (56,7 ABŞ dolları/qram) qırılması ilə korreksiya dəhlizinin 1 737 ABŞ dollara (55,9 ABŞ dolları/qram) kimi genişlənməsi proqnozlaşdırılır.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti”nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.