İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-2023-cü illər üzrə maliyyə hesabatlarının kənar auditi üzrə açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
İddiaçılar ilkin sənədləri iyulun 22-si, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 30-u, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun Maliyyə departamentinin Büdcə və hesabatlılıq şöbəsinin böyük mühasibi Anar Şahbazovdur. Telefon: (012) 441-24-23 (daxili:215).
Tenderin nəticəsi avqustun 2-də, saat 10:00-da Portalda açıqlanacaq.