Bu günə qədər İpoteka Kredit Zəmanət Fondu (İKZF) 50 milyon manat məbləğində 600-dən çox ipoteka kreditinə zəmanət verib.
“Report” bu barədə Fonda istinadən xəbər verir.
Xatırladaq ki, şəxsi yığımları az olan əhaliyə daha aşağı ilkin ödəniş məbləği ilə ipoteka krediti vasitəsilə yaşayış sahəsi almağa şəraitin yaradılmasını təmin etmək məqsədilə Fond 2018-ci ildən ipoteka kreditləri üzrə zəmanətlərin verilməsinə başlayıb. Zəmanət mexanizminin tətbiqi ipoteka kreditlərinin verilməsi prosesinin sürətləndirilməsinə və maliyyə risklərinin optimal idarə olunmasına, ipoteka kreditlərinin əlçatanlığının artmasına zəmin yaradıb.
"Hazırda dövlət xətti ilə verilən ipoteka kreditləri Azərbaycan banklarının kredit portfelinin təxminən 8%-ni, fiziki şəxslərə verilmiş kreditlərin isə 18%-ni təşkil edir. İpoteka kreditləri bankların ən sağlam kredit məhsuludur", - deyə İKZF bəyan edib.