İpoteka və Kredit Zəmanət Fondu daha bir sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu daha bir sığortaçı seçir İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlaklarının sığortalanması ilə bağlı açıq tender elan edib
Maliyyə
19 Fevral , 2021 09:20
İpoteka və Kredit Zəmanət Fondu daha bir sığortaçı seçir

İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlaklarının sığortalanması ilə bağlı açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 25-i, saat 17:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə martın 5-i, saat 17:00-a qədər Fondun yeləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər. Telefon: (012) 498-18-01 (daxili: 173).

Təkliflərə martın 9-da, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Fond bundan əvvəl inzibati binasının və avadanlıqlarının sığortalanması, eləcə də işçilərinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortalanması üzrə 2 kotirovka sorğusu elan etmişdi.

Son xəbərlər

Orphus sistemi