İpoteka və Kredit Zəmanət Fondu qiymətli kağızlarının öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.
Qalib şirkətə 40 min manat ödəniləcək.