İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 25 manatdır.
İddiaçılar təkliflərini aprelin 29-na qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 29-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.