İyulda “Anglo Asian Mining” səhmdarlarına dividend ödənişini yekunlaşdıracaq

İyulda “Anglo Asian Mining” səhmdarlarına dividend ödənişini yekunlaşdıracaq Bu son dividend ödənişi 2 iyul 2021-ci il tarixinə olan səhm reyestrindəki səhmdarlara 29 iyul 2021-ci ildə həyata keçiriləcək
Maliyyə
14 İyul , 2021 11:01
İyulda “Anglo Asian Mining” səhmdarlarına dividend ödənişini yekunlaşdıracaq

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkətinin rəhbərliyi 31 dekabrda yekunlaşmış 2020-ci il üçün hər bir adi səhm üzrə son dividend ödənişini 3,5 ABŞ senti həcmində təsdiqləyib.

"Report” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumata görə, bu son dividend ödənişi 2 iyul 2021-ci il tarixinə olan səhm reyestrindəki səhmdarlara 29 iyul 2021-ci ildə həyata keçiriləcək. Dividendlər adi səhm sahiblərinə funt sterlinqlə nağd şəkildə ödənilir.

Bildirilir ki, “Anglo Asian Mining plc” dividendləri qiymətli kağızlar formasında təqdim etməyəcək və ya hər hansı digər dividend yenidən investisiya planında olmayacaq.

Dividendlər İngiltərə Bankı tərəfindən dərc etdiyi məzənnədən istifadə edərək 5-9 iyul tarixləri arasında hər gün 16:00-da orta bağlanma qiymətindən istifadə edərək funt sterlinqə konvertasiya ediləcək.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Son xəbərlər

Orphus sistemi