Jalə Hacıyeva: "10-dan çox regionda təlimçi yetişdirmişik"

Jalə Hacıyeva: "10-dan çox regionda təlimçi yetişdirmişik" “Müxtəlif ölkələrdə fərqli yaş qruplarında olan insanların maliyyə savadlılığını artırmaq üçün təlimlər təşkil edirlər"
Maliyyə
12 Fevral , 2021 10:42
Jalə Hacıyeva: 10-dan çox regionda təlimçi yetişdirmişik
Jalə Hacıyeva

“Müxtəlif ölkələrdə fərqli yaş qruplarında olan insanların maliyyə savadlılığını artırmaq üçün təlimlər təşkil edirlər. Məsələn, Yaponiyada bu, daha çox yaşlı insanlar üçün təşkil edilir. Məqsəd onlar təqaüdə çıxdıqdan sonra başlarını qatmaqdır".

“Report” xəbər verir ki, bunu Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMIRRA) layihəsi çərçivəsində keçirilən “Rəqəmsal dövrdə maliyyə savadlılığının gücləndirilməsi” adlı Azərbaycanda Maliyyə Savadlılığı üzrə təlimçilərin İllik Yığıncağında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) icraçı direktoru Jalə Hacıyeva deyib.

O, Azərbaycanın bu sahədə təcrübəsini də bölüşüb: "Biz ölkəmizdə insanların maliyyə savadlılığının artırılması üçün fəaliyyətə başladıq və onu deyə bilərəm ki, artıq 10-dan artıq regionda təlimçi yetişdirmişik. Hesab edirəm ki, maliyyə savadlılığı insanların borclanmaya getməməsi və öz xərclərinin nizamlaya bilməsi üçün imkanlar yaradacaq”.

AMFA rəsmisi həmçinin tezliklə Təlimçilər Klubu yaradılacağını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi