“Kapital Bank” endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir

“Kapital Bank” endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir İllik faiz dərəcəsi 10 %-dən başlayır
Maliyyə
9 Fevral , 2021 14:42
“Kapital Bank” endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir

"Kapital Bank” evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Ev almaq arzusunda olanlar artıq 20 il müddətinə bankın öz vəsaiti hesabına verilən 250 000 manatadək məbləğdə olan Daxili ipoteka kreditindən bəhrələnə bilərlər.

İpoteka kreditinin məbləği 30 000 – 250 000 manat aralığında dəyişir, müddəti isə 3 ildən 20 ilədək təşkil edir. İllik faiz dərəcəsi 10 %-dən başlayaraq müəyyən olunur. “Kapital Bank” ilə partnyor olan tikinti şirkətlərindən əldə ediləcək mənzillər üzrə kredit məbləği isə 500 000 manata kimi artırıla bilər.

Qeyd edək ki, minimal ilkin ödəniş müştərinin gəlirlərindən asılı olaraq 30 - 50 % aralığında dəyişir. İpoteka krediti verildikdə əmlak və həyat sığortası üzrə sığortalanma prosesi, eyni zamanda təminatın qiymətləndirilməsi əlavə vaxt itkisi olmadan birbaşa bank tərəfindən həyata keçirilir. Müştərilər ipoteka krediti üzrə müraciətlərini (+99451) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi