“Kapital Bank”ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb

“Kapital Bank”ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb Mərkəz barədə ətraflı məlumat almaq üçün (055) 680 11 55, (055) 516 50 02 nömrələrinə və ya www.teqaudchu.az saytına müraciət etmək olar
Maliyyə
1 Mart , 2021 10:05
“Kapital Bank”ın dəstəyi ilə daha bir “YAŞA” mərkəzi fəaliyyətə başlayıb

BMT-nin Əhali Fondunun (UNFPA) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə həyata keçirdiyi “Bütün yaşlar üçün cəmiyyətin qurulması: fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təşviq edilməsi” layihəsi çərçivəsində "Kapital Bank" ASC-nin dəstəyilə “YAŞA” Mərkəzinin Mingəçevir şöbəsinin açılışı oldu.

Mingəçevir şəhəri, Səməd Vurğun küçəsi, 19 ünvanında fəaliyyətə başlayan mərkəzin fəaliyyətini “Üçüncü Bahar” İctimai Birliyi təmin edəcək. Həftənin 5 günü saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcək mərkəzin xidmətlərindən Mingəçevirin yaşlı sakinləri təmənnasız və öncədən müraciət etməklə istifadə edə bilərlər.

“YAŞA” mərkəzinin əsas məqsədi pensiya yaşına çatmış insanları toplayaraq, onların asudə vaxtlarının dəyərləndirilməsi, ahıl vətəndaşların ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirakını, onların təhsil və məşğulluq imkanlarını təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təşkil etməkdir. Mərkəzdə kompüter, idman, rəqs, yaradıcılıq, təlim, rəssamlıq və digər otaqlar vardır, həmçinin fərdi kitabxana da fəaliyyət göstərir.

“YAŞA” Mərkəzi Bakıda (Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi 1) və Şamaxıda da (Şamaxı şəhəri, Azadlıq küçəsi 1) fəaliyyət göstərir. Mərkəzin hazırda 2 000-dən artıq fəal üzvü var və hər layihə üzrə 70-80 nəfər qoşularaq, tədbirlərdə iştirak edir. Mərkəz barədə ətraflı məlumat almaq üçün (055) 680 11 55, (055) 516 50 02 nömrələrinə və yaxud www.teqaudchu.az saytına müraciət etmək olar.

Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi (102 filial) və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə, Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Son xəbərlər

Orphus sistemi