Kriptoindustriyaya vençur investisiyaların həcmi rekord həddə çatıb

Kriptoindustriyaya vençur investisiyaların həcmi rekord həddə çatıb Pul ifadəsində ən böyük maraq infrastruktur həllər və kriptomaliyyə xidmətləri təklif edən şirkətlərə göstərilib
Maliyyə
12 İyul , 2021 16:52
Kriptoindustriyaya vençur investisiyaların həcmi rekord həddə çatıb

Blokçeyn və rəqəmsal aktivlər industriyasına vençur investisiyalarının həcmi cari ilin ikinci rübünün nəticələrinə görə 90 % artaraq rekord həddə 6,2 milyard ABŞ dollarına çatıb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu hesablamaları “The Block”dan olan tədqiqatçılar aparıb.

Mütəxəssislər baqlanmış 497 əqdi nəzərdən keçiriblər. Birinci rübdə şirkətlər 3,27 milyard ABŞ dolları cəlb edib. Bir il əvvəl maliyyələşmənin həcmi 436 milyon ABŞ dolları olub.

Qeyd edilir ki, pul ifadəsində ən böyük maraq infrastruktur həllər və kriptomaliyyə xidmətləri təklif edən şirkətlərə göstərilib.

Son xəbərlər

Orphus sistemi