Küveytdə gələn ay maaşlar verilməyəcək

Küveytdə gələn ay maaşlar verilməyəcək Neftin qiymətinin həddən artıq ucuzlaşması və artan xərclər səbəbiylə Küveyt oktyabr ayında maaşları ödəyə bilməyəcək.
Maliyyə
3 Sentyabr , 2020 14:00
Küveytdə gələn ay maaşlar verilməyəcək
0 : 00
0 : 00

Küveyt hökuməti dünya bazarında neftin həddindən artıq ucuzlaşmasını və xərclərin artmasını əsas gətirərək oktyabr ayında maaşları ödəməkdən imtina edib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, maaşların verilməsi üçün Kuveytin 2 yolu var - Borclanmaq və yaxud gələcək üçün saxlanılan 560 milyard ABŞ dolları məbləğində fonddan istifadə etmək.

“Bir gün yuxudan oyanacağıq və bütün ehtiyatlarımızın tükəndiyini başa düşəcəyik", - Küveytin “Bensirri” maliyyə konsaltinq firmasının prezidenti Favas El-Sirri deyib.

Son xəbərlər

Orphus sistemi