Maliyyə naziri: "Dövlət müəssisələri səhmlərini satmaqla kapital cəlb edir"

Maliyyə naziri: "Dövlət müəssisələri səhmlərini satmaqla kapital cəlb edir" Azərbaycanda bir sıra dövlət müəssisələrinin öz səhmlərini əhaliyə təklif etməsi prosesi gedir.
Maliyyə
19 Noyabr , 2024 16:31
Maliyyə naziri: Dövlət müəssisələri səhmlərini satmaqla kapital cəlb edir
Samir Şərifov

Azərbaycanda bir sıra dövlət müəssisələrinin öz səhmlərini əhaliyə təklif etməsi prosesi gedir.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin birgə iclasında bildirib.

"Bu yolla yeni səhmdarlar, dolayısı ilə kapital cəlb edilir", - deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, hazırda dövlət büdcəsinə dividend ödənişi ilə bağlı öhdəliyin böyük hissəsi Dövlət Neft Şirkətinin (SOCAR) və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin üzərinə qoyulub.

Son xəbərlər

Orphus sistemi