Maliyyə Nazirliyinin Kollegiyası 3 il əvvəlki qərarına dəyişiklik edib

Maliyyə Nazirliyinin Kollegiyası 3 il əvvəlki qərarına dəyişiklik edib Bununla bağlı qərarı nazir Samir Şərifov imzalayıb
Maliyyə
17 May , 2021 14:37
Maliyyə Nazirliyinin Kollegiyası 3 il əvvəlki qərarına dəyişiklik edib

Maliyyə Nazirliyinin Kollegiyası 30 noyabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımı alan təşkilatlar üçün həmin vəsaitlərdən istifadə barədə aylıq, rüblük və ilin əvvəlindən artan yekunla funksional, iqtisadi və inzibati təsnifatlar üzrə hesabat formaları və onların təqdim edilmə Qaydası”nda dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı nazir Samir Şərifov imzalayıb.

Qərarda həmçinin deyilir ki, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlığı Agentliyi qərarı 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim etməli, bu qərardan irəli gələn digər məsələləri həll etməlidir.

Son xəbərlər

Orphus sistemi