"Dünya Bankının “Doing business” hesabatının nəşri davam etdirilməlidir. Bu hesabat dünya ölkələrinin iqtisadiyyatları üçün standart nöqteyi-nəzərindən zəruridir".
“Report” xəbər verir ki, bunu Dünya Bankının keçmiş vitse-prezidenti, hazırda Kolumbiya Universitetinin professoru olan Mats Karlsson VIII Qlobal Bakı Forumunun kuluarlarında bildirib.
“Mənim Dünya Bankında işlədiyim illərdə “Doing business” hesabatı çox böyük əhəmiyyətə malik idi”, - o deyib.
Onun fikrincə, bu, dünyada biznes mühitinin vəziyyəti haqqında standart informasiya baxımından zəruridir: “Hər zaman nəyi və necə ölçdüyünüzü müzakirə edə bilərsiniz, lakin çoxşaxəlilik müqayisəli səviyyədə izlənməlidir”.
Qeyd edək ki, hesabat müəlliflərinin bəzi ölkələrin reytinqi azaldıb, digərlərinin reytinqini artırması ilə bağlı şübhələr meydana gəldikdən sonra Dünya Bankı sentyabr ayında bu hesabatın dərcini dayandırmaq barədə qərar qəbul edib. Belə ki, Çin və Səudiyyə Ərəbistanı reytinqi yüksəldilən, Azərbaycan isə reytinqi aşağı salınan ölkələrdəndir.