MDM və “BNY Mellon” kastodian xidmətlərinin perspektivlərini müzakirə edib

MDM və “BNY Mellon” kastodian xidmətlərinin perspektivlərini müzakirə edib ​​​​​​​Milli Depozit Mərkəzi (MDM) ilə ABŞ-lın “Bank of New York Mellon” (“BNY Mellon”) şirkətinin qabaqcıl maliyyə infrastrukturu və kastodian xidmətlərinin əlaqələndirilməsi istiqamətində perspektivlərə dair fikir mübadiləsi aparılıb
Maliyyə
26 Noyabr , 2024 14:37
MDM və “BNY Mellon” kastodian xidmətlərinin perspektivlərini müzakirə edib

Milli Depozit Mərkəzi (MDM) ilə ABŞ-ın “Bank of New York Mellon” (“BNY Mellon”) şirkətinin qabaqcıl maliyyə infrastrukturu və kastodian xidmətlərinin əlaqələndirilməsi istiqamətində perspektivlərə dair fikir mübadiləsi aparılıb.

“Report” xəbər verir ki, bu barədə MDM rəsmiləri ilə “BNY Mellon” nümayəndələri arasında keçirilən görüşdə bildirilib.

Görüşdə Azərbaycanın kapital bazarının inkişafında MDM-in rolu və inkişaf strategiyası barədə məlumat verilib.

Qeyd edək ki, MDM-in 2024–2026-cı illəri əhatə edən inkişaf strategiyasında beynəlxalq maliyyə qurumları və depozitarlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi fəaliyyət istiqamətlərinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi