Mənzil İnşaatı Dövlət Agentliyi daha bir bankla əməkdaşlığa başlayıb

Mənzil İnşaatı Dövlət Agentliyi daha bir bankla əməkdaşlığa başlayıb Qurumun şirkəti “Turan Bank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb
Maliyyə
5 Aprel , 2021 10:17
Mənzil İnşaatı Dövlət Agentliyi daha bir bankla əməkdaşlığa başlayıb

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC “Turan Bank” ASC ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Report” quruma istinadən xəbər verir ki, bununla da, şirkətin əməkdaşlıq etdiyi kredit təşkilatlarının sayı 6-ya çatıb.

Xatırladaq ki, indiyə qədər Agentlik törəmə şirkəti vasitəsilə "Azərbaycan Beynəlxalq Bankı", "Azər-Türk Bank", "Bank BTB", “Kapital Bank” və "Bank VTB Azərbaycan" ASC-lərlə əməkdaşlıq edib.

Son xəbərlər

Orphus sistemi