Bakı Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təmir Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini iyulun 8-nə qədər xidmətin Bakı şəhəri, İçərişəhər, 9-cu Müslüm Maqomayev döngəsi, ev 6 ünvanındakı inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə iyulun 8-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.