“Meqa Həyat Sığorta”nın rəhbərliyi açıqlanıb

“Meqa Həyat Sığorta”nın rəhbərliyi açıqlanıb Azərbaycan Mərkəzi Bankının fevralın 19-da lisenziya verdiyi “Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyi açıqlanıb.
Maliyyə
26 Fevral , 2021 13:43
“Meqa Həyat Sığorta”nın rəhbərliyi açıqlanıb

Azərbaycan Mərkəzi Bankının fevralın 19-da lisenziya verdiyi “Meqa Həyat Sığorta” ASC-nin rəhbərliyi açıqlanıb.

“Report” xəbər verir ki, şirkətin Direktorlar Şurasının (DŞ) sədri Yaşar Feyzi oğlu Qurbanov, üzvləri isə Səadət Daşdəmir qızı Əsədova və Elnur Elman oğlu Abdullayevdir. Y.Qurbanov həm də “Meqa Sığorta” ASC-nin DŞ-nın sədri, S.Əsədova isə üzvüdür.

“Meqa Həyat Sığorta”nın İdarə Heyətinə (İH) əvvəlcədən deyildiyi kimi “Meqa Sığorta”nın İH sədrinin keçmiş müavini Cəmil Məhəmməd oğlu Nəzərov sədrlik edir. Onun müavinləri isə Emil İsfəndiyar oğlu Ağamaliyev və Hökmüdar Qələndər oğlu Məmişovdur. E.Ağamaliyev həm də “Meqa Sığorta”nın məsul aktuarisi, H.Məmişov isə Daxili Audit Xidmətinin rəisidir.

“Meqa Həyat Sığorta”nın Təftiş Komissiyasının tərkibi “Meqa Sığorta”dakı ilə eynidir. Komissiyanın sədri Cəbrayıl Səfər oğlu Cəbrayılov, üzvləri isə Fuad Etimad oğlu Eyvazov və Murad Şaiq oğlu Babayevdir.

Şirkətin Daxili Audit Xidmətinin rəhbəri Azər Qurban oğlu Qurbanov, baş mühasibi Gündüz Səməd oğlu Rzayev, məsul aktuarisi isə Tural Hayan oğlu Sadayevdir.

Xatırladaq ki, “Meqa Həyat Sığorta” 2019-cu ilin sentyabr ayında yaradılıb. Onun nizamnamə kapitalı 11 milyon manatdır. Şirkətin səhmdarı 100% “Meqa Sığorta”dır.

Son xəbərlər

Orphus sistemi