“Məsuliyyətli kreditləşmə siyasəti" mövzusunda konfrans keçirilib

“Məsuliyyətli kreditləşmə siyasəti" mövzusunda konfrans keçirilib İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə bilikdə “Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri
Maliyyə
24 Sentyabr , 2020 15:28
“Məsuliyyətli kreditləşmə siyasəti mövzusunda konfrans keçirilib
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Bank Tədris Mərkəzi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə birlikdə “Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçirib.

Bu barədə “Report”a İİTKM-dən məlumat verilib.

Konfransda qurumun icraçı direktoru Vüsal Qasımlı, Mərkəzi Bankın baş direktoru Toğrul Əliyev açılış nitqi ilə çıxış ediblər. 

Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev “İstehlak krediti üzrə izafi borclanma: risklər və onların minimallaşdırılması yolları” mövzusunda təqdimat edib.

Tədbirdə əsasən iqtisadi artım və əhali borclanması təhlili, əhali gəlirləri və istehlakı arasında əlaqə, əhalinin borclanması və yığım norması arasında trend barədə geniş müzakirə aparılıb.

Onlayn konfransa 100-dən artıq iştirakçı qatılıb.

Son xəbərlər

Orphus sistemi