“MFX-Trading İnvestisiya Şirkəti” ASC nizamnamə kapitalını 190 min manat və yaxud 24,7 % artıraraq 770 min manatdan 960 min manata çatdırmağı planlaşdırır.
“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə hər birinin nominal dəyəri 200 manat olan 950 ədəd yeni səhm buraxılacaq.
Qiymətli kağızları investisiya şirkətinin mövcud səhmdarları (Anar Nəbiyev, Cəmşid Novruzov və Zərifə Həsənova) alacaq.