Pandemiyadan zərər çəkmiş sahələrə dəstək tədbirləri çərçivəsində mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə sahibkarlardan indiyədək 5 463 müraciət daxil olub, bunlardan 4 497-nə (82,3 %) subsidiyanın veilməsi barədə müsbət qərar qəbul edilib.
"Report" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Təsdiqlənmiş subsidiyanın məbləği 57 milyon manatdır", - nazir qeyd edib.