Mikayıl Cabbarov: "Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib"

Mikayıl Cabbarov: "Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib" “İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.
Maliyyə
21 İyun , 2021 12:32
Mikayıl Cabbarov: Vergi daxilolmaları üzrə proqnoz tapşırığına 127 % əməl edilib

“İqtisadi inkişafa stimul yaradan mütərəqqi vergi sisteminin tətbiqi müsbət nəticələr verir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviitter hesabında yazıb.

“Bu ilin yanvar-may aylarında dövlət büdcəsinə vergi daxilolmaları 3,8 mlrd manatdan çox olub. Daxilolmalar üzrə proqnoz 127,1 % icra edilib.

Artım əsasən qeyri-neft-qaz sektorunun hesabınadır. Bu sahə üzrə daxilolmalar 2 mlrd 754 mln manat təşkil edib və proqnozdan əlavə büdcəyə 471,8 mln manat ödənilib”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi