Milli Depozit Mərkəzi bu il aprel ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
"Report"un məlumatına görə, ötən ay qurum ümumilikdə 783 investor üzrə 62,5 milyon manat və 1,3 milyon ABŞ dolları ödəniş edib.
Ödənişlər Maliyyə Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) və “Ferrum Kapital” MMC üçün həyata keçirilib.