Milli Depozit Mərkəzi bu il yanvar ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
"Report"un məlumatına görə, ötən ay qurum Maliyyə Nazirliyinin 11 istiqraz buraxılışı üzrə 34 285 514 manat, İpoteka və Kredit Zəmanət Fondunun 3 istiqraz buraxılışı üzrə 2 987 500 manat, “Embafinance” QSC bank olmayan kredit təşkilatının (BOKT) 1 istiqraz buraxılışı üzrə 13 750 manat, Dövlət Neft Şirkətinin (SOCAR) 1 istiqraz buraxılışı üzrə 1 250 000 ABŞ dolları, “Ferrum Kapital” MMC-nın 1 istiqraz buraxılışı üzrə üzrə 26 050 manat ödəniş edib.