Milli Depozit Mərkəzi bu ilin mart ayında ödəniş agenti qismində dövlət qiymətli kağızları və korporativ istiqrazlar üzrə həyata keçirdiyi kupon ödənişlərinin məbləğini açıqlayıb.
“Report"un məlumatına görə, ötən ay qurum 153 investor üzrə 59,3 milyon manat və 21,9 milyon ABŞ dolları (ümumilikdə 96,53 milyon manat) ödəniş edib.
Bu, ötən ilin mart ayına nisbətən təxminən 7,3 % çoxdur.
Ödənişlər Maliyyə Nazirliyi, "PAŞA Bank" ASC-nin Türkiyədəki törəməsi - "Paşa Yatırım Bankası", "Unibank" ASC, "AzerGold" QSC, "Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT), "TBC Kredit" MMC BOKT və "Ferrum Kapital" MMC üçün həyata keçirilib.