Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin ötən ilin yekunlarına həsr edilmiş iclası keçirilib.
"Report" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, iclasda təşkilatın struktur bölmələrinin rəhbərlərinin fəaliyyət istiqamətləri üzrə hesabatları dinlənilib, görülmüş işlər və layihələr haqda iştirakçılara məlumat verilib.
Hesabat zamanı məlum olub ki, 2020-ci ildə MDM əməliyyatlarının ümumi dəyəri 1 milyard manatdan çox olan 97 yeni emitentlə müqavilə bağlayıb. Bununla da, qurumun xidmət göstərdiyi emitentlərin sayı 2 092-yə çatıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müqavilələr üzrə ümumi dəyərdə 43% artım müşahidə edilib.