Milli İdman Tibb və Reabilitasiya Elmi Praktiki İnstitutu 2023-cü il üzrə maliyyə hesabatının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır.
İddiaçılar təkliflərini iyulun 27-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Olimpiya küçəsi, 4A ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 27-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.