Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tibbi avadanlığın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Solamedical” MMC-dir.
Qalib şirkətə 1,2 mln manat ödəniləcək.