Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək ƏDV-dən azad edildi

Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək ƏDV-dən azad edildi Bu, Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb
Maliyyə
9 Mart , 2021 19:05
Müflis bankın aktivlərinin satışı 2023-ci ilədək ƏDV-dən azad edildi

Azərbaycanda ödəmə qabiliyyətini itirmiş bankın iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsi daha 2 il müddətinə ƏDV-dən azad edilib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiq edilən Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeyri-işlək (toksik) aktivlərin təqdim edilməsi müddətidə eyni müddətdə artırılır, yəni ƏDV-dən azad edilir.

Son xəbərlər

Orphus sistemi