“Nasdaq” indeksi ilk dəfə 15 minlik göstəricini keçib

“Nasdaq” indeksi ilk dəfə 15 minlik göstəricini keçib Bakı vaxtı ilə 19:00-a olan məlumata görə, “Nasdaq” 71,5 bənd (0,48%) artaraq rekord göstəriciyə - 15 014 15 bəndə çatıb
Maliyyə
24 Avqust , 2021 19:59
“Nasdaq” indeksi ilk dəfə 15 minlik göstəricini keçib

Avqustun 24-də keçirilən hərracda “Nasdaq” elektron birjasının indeksi tarixdə ilk dəfə 15 min bənd həddini keçib.

“Report” xəbər verir ki, bunu Nyu York Fond Birjasının saytında yerləşdirilən məlumatlar göstərir.

Bakı vaxtı ilə 19:00-a olan məlumata görə, “Nasdaq” 71,5 bənd (0,48%) artaraq rekord göstəriciyə - 15 014 15 bəndə çatıb. ABŞ-ın sənaye indeksi olan “Dow Jones” isə 52,34 bənd (0,15%) artaraq 35 388,05 bəndə çatıb. “S&P 500” indeksi 10,29 bənd (0,23%) artımla 4 489,82 bənd səviyyəsinə yüksəlib.

“Reuters” agentliyinin məlumatına görə, indekslərin artımı ABŞ-ın Qida və Dərman Administrasiyasının (USFDA) bazar ertəsi yerli “Pfizer” və onun Almaniyadan olan ortağı “BioNTech” şirkəti tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndi təsdiqləməsi fonunda müşahidə olunur. Qeyd olunur ki, investorlar pandemiya şəraitində ABŞ iqtisadiyyatının qısa zamanda bərpa olunacağına ümid edirlər.

Son xəbərlər

Orphus sistemi