Naxçıvanda bank hesablarının sayı 9% artıb

Naxçıvanda bank hesablarının sayı 9% artıb Bu il yanvarın 1-nə Naxçıvan MR-da 92 338 bank hesabı olub.
Maliyyə
26 Yanvar , 2021 11:58
Naxçıvanda bank hesablarının sayı 9% artıb

Bu il yanvarın 1-nə Naxçıvan MR-da 92 338 bank hesabı olub.

Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, bu, ötən il yanvarın 1-nə nisbətən 7 402 ədəd və yaxud 8,7% çoxdur.

Mövcud hesabların 80 436-sı və yaxud 87,1%-i aktiv hesablardır.

Təkcə ötən il isə muxtar respublikada 36 544 yeni bank hesabı açılıb ki, bunun da 36 519-u aktiv hesablar olub. Əvvəki illə müqayisədə yeni bank hesablarının sayı 7 777 ədəd və yaxud 27% artıb.

Son xəbərlər

Orphus sistemi