2020-ci ildə Naxçıvan MR-nın istehlak bazarında əhaliyə 1 981,244 milyon manat dəyərində mal satılıb və ödənişli xidmətlər göstərilib.
Bu barədə “Report”a yerli Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu, 2019-cu illə müqayisədə 0,6% çoxdur.
Satılmış istehlak mallarının 96,3 %-i pərakəndə ticarət dövriyyəsinin payına düşüb.
Bir nəfərə düşən pərakəndə ticarət dövriyyəsinə və məişət xidmətlərinə görə muxtar respublika ölkənin digər iqtisadi rayonları arasında ilk yerdədir.