Naxçıvanda kreditləşmə 2% azalıb

Naxçıvanda kreditləşmə 2% azalıb Bu ilin I rübündə muxtar respublikadakı bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 48,368 milyon manat kredit verib
Maliyyə
22 Aprel , 2021 12:42
Naxçıvanda kreditləşmə 2% azalıb

Bu ilin I rübündə Naxçıvan MR-dəki bank və bank olmayan kredit təşkilatları hüquqi və fiziki şəxslərə 48,368 milyon manat kredit verib.

“Report”un yerli Dövlət Statistika Komitəsində istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 2,1% azdır.

Kreditlərin 8,83 milyon manatı və yaxud 18,3%-i qısamüddətli, 39,539 milyon manatı və yaxud 81,7%-i uzunmüddətli kreditlər olub. Bu isə illik müqayisəd müvafiq olaraq 21,6% çox və 6,2% azdır.

Son xəbərlər

Orphus sistemi